“Buta Airways” Xarkova aviareys açır
Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” may ayında Ukraynanın daha bir şəhərinə- Xarkova uçuşları bərpa edir.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Qeyd edilib ki, uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Həmçinin mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri - əlavə olunur.
Həmin uçuşlara biletləri “butaairways.az” rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərlər.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul ediləcək.
Ukraynaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.butaairways.az/az/covid/ukraine.
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan. Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testindən keçmək zəruridir.
PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
Şimal bölgəsinə 20 santimetrədək qar yağıb
Azərbaycan nefti 122,94 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Hərbi attaşelər Naxçıvana səfər ediblər
Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib
Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazdı
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavinlər təyin edilib
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
Tehranda Xəzər dənizi ilə bağlı kommünikesi qəbul edilib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək
İstanbulda Türk Dünyası Sığorta Birliyi yaradılıb
Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib
“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir
Azərbaycandan bu il 680 nəfər 9 106 manata Həcc ziyarətinə gedə biləcək
Sabah Milli Məclisin komitə islasında dövlət büdcəsinin icrası müzakirə ediləcək
Vilyam Hacıyevin 5 milyon manatdan artıq əmlakının üzərinə həbs qoyulub
Kreml Rusiyanın BMT-dəki nümayəndəsinin Ukrayna ilə müharibəyə qarşı çıxmasına münasibət bildirib
İlham Əliyev "Paris-2024" Olimpiya oyunlarının yayımı üçün İTV-yə 640 min dollar ayırıb
Yasamalda törədilən qətlin üstü 9 il sonra açıldı
Sinoptiklərdən xəbərdarlıq: Yağıntılı hava şəraiti mayın 26-dək davam edəcək