logo

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:10 28-01-2022 | icon 994
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, başsağlığında deyilir: “Bəlucistan bölgəsində xaincəsinə edilmiş terror hücumu zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.