logo

Azərbaycanla Türkiyə valyuta svopu danışıqları aparmır-Elman Rüstəmov

12:42 28-01-2022 | icon 5754
Azərbaycanla Türkiyə valyuta svopu danışıqları aparmır-Elman Rüstəmov

Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı svop sazişi üzrə heç bir danışıqlar aparılmır.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, qardaş ölkələrin mərkəzi bankları bir sıra istiqamətlər üzrə fəal əməkdaşlıq edir və Azərbaycan Mərkəzi Bankı bir sıra KİV-lərdə yayılmış guya svop sazişi barədə danışıqları aparılmasını məlumatını təkzib edir.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə hökumətindəki mənbələrə istinadən yayılan xəbərlərdə deyilirdi ki, bu ölkənin Mərkəzi Bankı(TMB) yaxın həftələrdə Azərbaycanla 1 milyarda avro dəyərində (1,14 milyard dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 milyard lira və 18 milyard dirhəm).

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirmişdi ki, mümkün müqavilə siyasi motivli hesab edilir və AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaltmayacaq.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.