Lənkəranda ana-oğul narkotacirlər saxlanılıb
Lənkəranda şəhər-rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb və dövriyyədən beş kiloqramdan çox narkotik vasitə çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərova Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyənləşib. Polis əməkdaşlarının saxladıqları M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan çox narkotik vasitə heroin və metamfetamin aşkarlanıb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyənləşdirilib.
Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb. Turac Rzazadənin iki yaşayış evindən 2040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin iki evdən 800 manat dəyərində elektrik generatoru, iki ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istifadə olunan avadanlıqları oğurladığı müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib
Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazdı
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavinlər təyin edilib
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
Tehranda Xəzər dənizi ilə bağlı kommünikesi qəbul edilib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək
İstanbulda Türk Dünyası Sığorta Birliyi yaradılıb
Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib
“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir
Azərbaycandan bu il 680 nəfər 9 106 manata Həcc ziyarətinə gedə biləcək
Sabah Milli Məclisin komitə islasında dövlət büdcəsinin icrası müzakirə ediləcək
Vilyam Hacıyevin 5 milyon manatdan artıq əmlakının üzərinə həbs qoyulub
Kreml Rusiyanın BMT-dəki nümayəndəsinin Ukrayna ilə müharibəyə qarşı çıxmasına münasibət bildirib
İlham Əliyev "Paris-2024" Olimpiya oyunlarının yayımı üçün İTV-yə 640 min dollar ayırıb
Yasamalda törədilən qətlin üstü 9 il sonra açıldı
Sinoptiklərdən xəbərdarlıq: Yağıntılı hava şəraiti mayın 26-dək davam edəcək
Nazir Emin Əmrullayev Dünya Təhsil Forumunda çıxış edib
Rekord həcmdə Rusiya nefti sanksiyalar səbəbindən dənizdə qalıb
Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq
Şamaxıda Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm nazirlərinin toplantısı keçirilir
Arvadını və qonşusunu öldürən şəxsin məhkəməsi başlayır