logo

Qırğızıstan-Tacikistan dövlət sərhədində vəziyyət sabitləşib

09:30 28-01-2022 | icon 2121
Qırğızıstan-Tacikistan dövlət sərhədində vəziyyət sabitləşib

Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnaya bölgələrində vəziyyət sabitləşib.

 YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

“Gecə insidentsiz sakit keçib. Vəziyyətə nəzarət və monitorinqi Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti həyata keçirir”, - deyə Sərhəd Xidmətinin məlumatında qeyd edilib.