logo

Kamran Əliyev Almaniyaya işgüzar səfər edib

20:30 27-01-2022 | icon 1610
Kamran Əliyev Almaniyaya işgüzar səfər edib

Azərbaycanın Baş Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri inkişaf etdirir. Bununla əlaqədar yanvarın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya işgüzar səfərə gedib. 

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində baş prokuror Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, hüquqi və digər sahələrdə əlaqələrin inkişafının müsbət dinamikasından məmnunluq ifadə olunub.

"Baş prokuror Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə dövlət katibinə ətraflı məlumat verib. Həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradisiya məsələləri müzakirə edilib. Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib"- deyə Baş Prokurorluqdan bildirilib.