Azərbaycanda yoluxma bu templə davam edərsə qapanmalara gediləcək
Koronavirus infeksiyası artıq yeni bir ştam vasitəsilə dünyada yenidən alovlanmaqdadır. Bir aya yaxındır ki, bir çox Avropa ölkəsində “omikron” ştamı sürətlə yayılmaqdadır və yanvarın ikinci yarısından başlayaraq Azərbaycanda da yoluxma halları müşahidə olunur. Bu yeni bir mutasiyadır, yoluxma intensivliyi yüksəkdir. Amma xəstəliyin klinikası nisbətən yüngül keçir. Yaxın kontaktda olanların, yəni ailə üzvlərinin, bir kollektivdə çalışan, avtonəqliyyat vasitələrindən birgə istifadə edən insanların yoluxması həddindən artıq surətlə gedir. Yoluxmanın son günlərdə üç mini keçməsi onu göstərir ki, bu, yaxın həftələrdə də eyni templə davam edəcək.
YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, test müayinələrinin sayı artırılmalıdır ki, ölkədəki həqiqi vəziyyət bilinsin. Eyni zamanda, bir çox vətəndaşlarımız xüsusən, kənd və rayon yerlərində olan insanlar bu xəstəliyi adi soyuqdəymə və qrip kimi qarşılayaraq heç “omikron” ştamına yoluxmasından xəbəri olmur. Bununla da xəstəliyi ətrafdakılara da ötürürlər. İstənilən halda bu, ağır fəsadları olan xəstəlikdir. “Omikron” əvvəlki stamlardan xüsusilə “delta”dan nisbətən yüngül keçir. İstənilən halda profilaktik addımların atılması və lazımi müalicələrin görülməsi də şərtdir. “Omikron” ştamında ağırlaşmalar çox olmadığına görə klinikalarda müalicəyə cəlb olunanların sayı o qədər çox deyil. Amma bu templə gedərsə poliklinikaların yükü daha da artacaq. Eyni zamanda, bizim qanunvericiliyə görə koronavirusa yoluxan şəxslərin müalicəsi həm amblator, həm də stasionar şəraitdə dövlət vəsaiti hesabına həyata keçirilir. Bu da dövlətin sosial müayinə yükünü olduqca ağırlaşdıra bilər. Digər bir təhlükə kollektivlərin kütləvi şəkildə yoluxması, iş yerlərinin dayanmasına, yaxud da işlərin müəyyən qədər təxirə salınmasına gətirib çıxarır ki, bu da iqtisadi-sosial gərginlik yarada bilər.
“Artıq dünyanın müxtəlif yerlərində şirkətlərin, universitetlərin, müəssisələrdə tədris və yaxud istehsalat prosesinin dayanması, onlayn məsafədən iş rejiminə keçid halları müşahidə olunur. Azərbaycanda da yoluxma bu templə davam edərsə bəzi müəssisələrdə lokal şəraitdə qapanmalar, eyni zamanda, distant işin təşkil olunmasına ehtiyac yarana bilər. Ancaq ötən iki ilin təcrübəsi göstərir ki, sərt qapanma rejimindən sonrakı dövrdə yenidən yoluxma sayında artımın şahidi ola bilirik. Bu, praktik olaraq həm iqtisadi, həm də sosial cəhətdən heç bir effekt göstərmir. Bu istiqamətdə çıxış yolumuz ənənəvi profilaktikanı daha da artırmaqdan ibarətdir. Vaksinasiya sürətləndirilməli və genişləndirilməlidir. Dövlətin kifayət qədər vaksin ehtiyatı var. Bütün bunlar pulsuz paylandığına görə vətəndaşlarımızdan yalnız sosial məsuliyyət tələb olunur. Eyni zamanda, bu sahədə maarifləndirmə işlərini daha da artırmalıyıq. Yaxşı olardı ki, televiziya kanallarında sosial reklam rolikləri daha da genişlənsin.
Nazirlər Kabinetinin qərarına görə fevralın 15-dən sonra yalnız buster doza bir çox iş və müəssisələrə buraxılış üçün əsas olacaq. Ona görə də gərginlik yaranmaması üçün “buster” doza ilə peyvənd edilməyənlər indidən vaksinasiya olunmalıdır. Sosial məsafələrin qorunması çox vacibdir. Zərurət olmadığı halda toplantılara getmək lazım deyil. Təəssüflər olsun ki, yas mərasimlərində çoxlu yoluxma hallarının olduğunu müşahidə edirik. Belə mərasimlərinin keçirilməsi ilə əlaqədar hökumətin verdiyi qərarlara riayət olunması lazımdır”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.
Ukrayna müharibəsi uzun müddət davam edəcək-NATO-nun baş katibi
Sabah Bakıda 24° isti olacaq
İlham Əliyev və xanımı Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər
Rusiyada bu il neft hasilatı 480-500 milyon tonadək azalacaq
15 minə yaxın bakalavr magistraturaya qəbul imtahanı verəcək
Bərdədə ər arvadını ov tüfəngi ilə güllələdi
Hərbçilərimiz “Efes-2022” çoxmillətli təlimində iştirak edirlər
Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib
Vladimir Putin İlham Əliyevi təbrik edib
Mərkəzi icra hakimiyyəti orqanlarının iyun ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ
Azərbaycan nefti 122,94 dollara satılır
ABŞ Azərbaycana yeni səfir təyin etməyə hazırlaşır
Quba-Xınalıq yolu dağ uçqunundan təmizlənib
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Ukrayna ordusu Rusiyanın 30 minədək hərbçisini, 500-dən çox PUA-sı məhv edib
Qaxa güclü dolu yağıb
TAP İtaliyanın qaza olan tələbatının 25 %-ni ödəyə bilər-Ceyhun Bayramov
Rusiya yanacaqlarından asılılığımıza son qoymaq vacibdir-Şarl Mişel
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir
Xidmət yerini özbaşına tərk etmiş əsgərə cinayət işi açılıb
Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi açıqlanıb
Slovakiyanın baş naziri: “Putinin növbəti hədəfi bizik”
Sabah üç rayonda qaz olmayacaq
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 848 min nəfərə çatır