logo

Ermənistan Antalya Diplomatik Forumunda iştirak edəcək-Cavuşoğlu

19:13 27-01-2022 | icon 1729
Ermənistan Antalya Diplomatik Forumunda iştirak edəcək-Cavuşoğlu

Ermənistan tərəfi Antalya Diplomatik Forumunda iştirak edəcəyini təsdiqləyib.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə ilə Ermənistan arasında müzakirə olunan normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib: “Ermənistanın xarici işlər nazirini və Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanı foruma dəvət etmişik. Paşinyan dəvət etdiyimiz şəxslərin Antalya Diplomatik Forumuna qatılacaqlarını söyləyib. Bundan məmnunuq. Çünki Azərbaycan da tədbirdə iştirak edəcək. Bu, eyni zamanda, etimad quruculuğu istiqamətində addımların bir parçası olacaq”.