logo

Bakıda 2 milyon manata 3 helikopter hərracda satılacaq

18:30 27-01-2022 | icon 2422
Bakıda 2 milyon manata 3 helikopter hərracda satılacaq

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 min manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.

Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış ola bilərsiniz: (https://bit.ly/3H9Qhke).