Kuba hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib-Səfir
Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov iki dost ölkə olan Azərbaycanla Kuba arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə mövcud olan əməkdaşlıq münasibətlərini və ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edib. Nazir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın fəal üzvü olan Kubanın dəstəyini, habelə sədrlik prioritetlərinin həyata keçirilməsi məsələsində dost ölkənin müsbət töhfəsini minnətdarlıqla vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis etdiyi təhsil təqaüdü proqramı çərçivəsində Kubadan tələbələrin ölkəmizdə təhsilini davam etdirməsinin xalqlar arasında əlaqələrin genişləndirilməsinə müsbət töhfə verəcəyini söyləyib. Həmçinin pandemiya dövründə Kubadan bir qrup həkimin Azərbaycana gəlməsinin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığı səfirin diqqətinə çatdırılıb.
Səfir Alfredo Fidel Nieves Portuondo Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Fəaliyyəti müddətində Kuba Respublikası Prezidentinin Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayıb. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb.
Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov səfir Alfredo Fidel Nieves Portuondoya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır