logo

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

17:33 27-01-2022 | icon 1470
Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib. 

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın dost Kolumbiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini bildirib. Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Nazir, həmçinin səfirin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dövrdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini söyləyib və bu xüsusda, hazırda bölgədə mövcud olan münaqişə sonrası inkişaf barədə məlumat verib.