logo

"Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov həbs olundu

14:13 27-01-2022 | icon 1498
"Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov həbs olundu

Tanınmış iş adamı, keçmiş "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, "Baghlan Group"un prezidenti  Hafiz Məmmədov Dövlət Vergi Xidmətinin İstintaq İdarəsi tərəfindən saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xidmətdən bildirlib. Qeyd edilib ki, iş adamının saxlanılmasına səbəb ona məxsus müəssisələrin külli miqdarda vergi və məcburi sosial sığorta ödənişləri borcunun olmasıdır.

O, məhkəməyə aparılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda H.Məmmədov 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Bu gün onun barəsində çıxarılmış həbs qətimkan tədbiri barədə qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə olacaq. Məhkəmə saat 17.00-a təyin olunub.