logo

Putin Ərdoğanın dəvətini qəbul etdi

13:57 27-01-2022 | icon 1449
Putin Ərdoğanın dəvətini qəbul etdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti”  Rusiya liderinin sözçüsü Dmitri Peskova istinadla məlumat yayıb.

“Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”, -deyə D.Peskov bildirib.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatı  prezident Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ölkəsinə səfərə dəvət etməsi barədə məlumat yayıb.