logo

Azərbaycanda 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdu

11:55 27-01-2022 | icon 1967
Azərbaycanda 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdu

Hazırda ölkədə 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil edilən seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin yaşayış məntəqələri ucqar və uzaq yer olduğu üçün əsas yük “Aztelekom” MMC və “Baktelekom” MMC üzərində qalacaq. Bu iki qurumun birləşdirilməsinin müsbət tərəflərindən biri odur ki, Bakıdan və regionlarda yığılan ödənişlər ucqar yaşayış məntəqələrinin internet probleminə sərf olunacaq.