logo

Azərbaycan neftinin qiyməti son 8 ilin rekordunu təzələdi -93,84 $ !

10:20 27-01-2022 | icon 1967
Azərbaycan neftinin qiyməti son 8 ilin rekordunu təzələdi -93,84 $ !

Azərbaycan neftinin qiyməti bahalaşıb.

 YeniAvropa xəbər verir ki,  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,68 dollar artaraq 93,84 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 3-də 93 dollardan baha- 93,41 ABŞ dollarına satılıb.

Son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il yanvarın 21-də qeydə alınıb- neftin 1 bareli 92, 89 ABŞ dollarına satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.