logo

Mərkəzi Bank 17 sığorta agentinin lisenziyasını ləğv etdi

21:51 26-01-2022 | icon 1883
Mərkəzi Bank 17 sığorta agentinin lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı(AMB) İdarə Heyətinin qərarı ilə 17 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə AMB-dən verilən məlumatda bildirilir.

Qeyd edilib ki, bu prosedur “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq  sığorta agentlərinin könüllü müraciətləri əsasında baş verib.