logo

Kamal Cəfərov AŞ PA alt-Komitəsinin sədr müavini seçilib

21:11 26-01-2022 | icon 1533
Kamal Cəfərov AŞ PA alt-Komitəsinin sədr müavini seçilib

Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun İnsan Hüquqları üzrə alt-Komitəsinin sədr müavini seçilib.

YeniAvropa xəbər verir ki, AŞ PA qış sessiyası çərçivəsində qurumun komitə iclasları keçirilir.

Bu gün İnsan Hüquqları üzrə alt-Komitənin hibrid formatda keçirilən iclasında Milli Məclisin deputatı, AŞ PA-dakı nümayəndə heyətimizin üzvü Kamal Cəfərov həmin komitənin sədr müavini seçilib.