İtaliya üçüncü dəfə prezidentini seçə bilmədi
İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin üçüncü turunda da ilk iki turda olduğu kimi nəticə əldə edilməyib.
YeniAvropa xəbər verir ki, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” səsvermənin üçüncü turu üçün bu gün yenidən toplaşıb. Üçüncü turda da heç bir namizəd ilk iki turda olduğu kimi lazımi səs sayına (673 səs) çata bilməyib.
Hazırkı Prezident Sercio Mattarella 125, Quido Krosetto 114, hüquqşünas Paolo Maddalena 62 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 412 olub.
Yanvarın 27-də səslərin yarıdan çoxunu, yəni, 505 səs yığan namizədin prezident seçiləcəyi səsvermənin dördüncü turu keçiriləcək.
Sağ mərkəzçi alyans adından çıxış edən “Liqa” Partiyasının rəhbəri Matteo Salvini İtaliyada son 30 ildə seçilən prezidentlərin ya birbaşa sol mərkəzdən seçildiyini, ya da mərkəz solçuların təklif etdiyi şəxslər olduğunu bildirib, bu dəfə sağ mərkəzçilərin təklif etdiyi şəxsin prezident olmasını istədiklərini deyib. O, sağ mərkəzçilərin Senatın keçmiş sədri Marçello Peranın, Milanın sabiq meri Letisiya Morattinin və keçmiş hakim Karlo Nordionun sağ mərkəzçi alyansın prezidentliyə namizədləri kimi sol mərkəzçilərə təqdim etdiklərini, bu şəxslərin hazırda hər hansı partiyanın üzvü olmadıqlarını bildirib.
Mərkəz sol alyansdan “Demokrat Partiya”nın rəhbəri Enriko Letta, “Azadlar və Bərabərlər” Partiyasının lideri Roberto Speranza və bu seçkidə sol mərkəzçilərə qoşulan “Beş Ulduz Hərəkatı”nın rəhbəri Cüzeppe Konte sağ mərkəzçi alyansın təqdim etdiyi namizədləri müzakirə etmək üçün görüş keçirib. Sol mərkəzçi alyansın üzvləri sağ mərkəzçilərin namizədlərinin heç birini qəbul etməyiblər. Sol mərkəzçi alyans da sağ mərkəzçilərlə danışıqlara açıq olduqlarını bildiriblər.
Hər iki alyansın “Böyük Seçki Məclisi”ndə prezident seçmək üçün lazımi səs çoxluğuna malik olmaması bu partiyaları ortaq bir namizədlə bağlı razılığa gəlməyə məcbur edir.
Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Səsvermənin ilk üç turunda səslərin üçdə ikisini toplayan, dördüncü səsvermədən sonra isə səslərin yarıdan çoxunu alan şəxs prezident seçilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb