logo

Bakı-Tbilisi-Ərzurum kəməri ilə ötən il 17,6 milyard m3 qaz ötürülüb

19:16 26-01-2022 | icon 2016
Bakı-Tbilisi-Ərzurum kəməri ilə ötən il 17,6 milyard m3 qaz ötürülüb

Magistral qaz kəmərləri ilə ötən il 35 milyard 108,8 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilə nisbətən 18,6 faiz artım müşahidə olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, qazın nəqlinin 50,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 17 milyard 618 milyon kubmetr qaz ötürülüb.