logo

Qazaxıstanda nazir müavini ölkədən qaçarkən tutuldu

13:20 26-01-2022 | icon 1974
Qazaxıstanda nazir müavini ölkədən qaçarkən tutuldu

Qazaxıstanın ekologiya nazirinin müavini Ahmetjan Primkulov saxlanılıb.

 YeniAvropa “Knews.kg” portalına istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Antikorrupsiya İdarəsi də təsdiqləyib.

Bildirilib ki, Ahmetjan Prinkulovla birlikdə utilizasiya idarəsinin başçısı Mədət Kumarqaliyev də saxlanılıb.

Məlumata görə, onlar korrupsiyada şübhəli bilinirlər. Primkulovla Kurmarqaliyev ölkəni tərk edərkən tutulublar. Hər ikisi istintaq təcridxanasında saxlanılırlar.

Vurğulanıb ki, utilizasiya şirkətinin birinci təsisçisi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliya olub. Onun adı ekologiya nazirinin müavini ilə də hallanır.