logo

İstanbul hava limanı fəaliyyətini bərpa edir

09:29 26-01-2022 | icon 1883
İstanbul hava limanı fəaliyyətini bərpa edir

Yağan güclü qar səbəbindən təyyarələrin hərəkəti tamamilə dayandırılan İstanbul hava limanı yenidən fəaliyyətə başlayıb.

YeniAvropa xəbər verir ki, qar təmizləmə işlərinin ardından hava limanında yanvarın 25-i yerli vaxtla saat 12.00-da uçuş-enmə zolağının bir hissəsi istismara verilib. Bundan sonra aeroporta ilk təyyarə enib. Hazırda hava limanında təyyarələrin fəaliyyəti bir zolaq üzrə davam etdirilir. İlk növbədə iri gövdəli təyyarələr uçuşa başlayıb. Təmizlik işlərinin səhər saatlarınadək davam etdiriləcəyi bildirilir.

Yanvarın 26-ı tədricən saatda 40 təyyarənin hərəkətinin tənzimlənməsi və digər zolaqların fəaliyyətə keçməsi nəzərdə tutulur.