logo

"Neftçi" daha bir legioneri ilə vidalaşıb

21:11 25-01-2022 | icon 2646
"Neftçi" daha bir legioneri ilə vidalaşıb

"Neftçi" müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan qvineyalı futbolçu Mamadu Kane ilə vidalaşıb.

 YeniAvropa xəbər verir ki, bu barədə futbol klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O, 25 yaşlı yarımmüdafiəçinin böyük ehtimalla "ağ-qaralar"a qayıtmayacağını bildirib.

Mamadu Kane ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.

Allahverdiyev həmçinin Rusiyanın "Ufa" klubunda çıxış edən Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevlə danışıqların davam etdiyini söyləyib.