logo

Azərbaycanla İran arasında yeni körpünün təməli qoyulub

18:18 25-01-2022 | icon 2184
Azərbaycanla İran arasında yeni körpünün təməli qoyulub

Yanvarın 25-də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub.

YeniAvropa xəbər verir ki, mərasimdə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev  və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasimi iştirak ediblər. 

Təməlqoyma mərasimindən sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, yeni avtomobil körpüsünün tikintisinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.