logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 732 min nəfəri ötür

17:57 25-01-2022 | icon 2317
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 732 min nəfəri ötür

Yanvarın 25-də Azərbaycanda 31 min 667 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2878, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 539 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 845 min 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 217 min 380, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 732 min 155 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 895 min 975 nəfər təşkil edir.