logo

İlham Əliyev Volodimir Zelenskinin ad gününü təbrik etdi

16:56 25-01-2022 | icon 1869
İlham Əliyev Volodimir Zelenskinin ad gününü təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Ukrayna prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən Volodimir Zelenski prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib.

Azərbaycan prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.