logo

Zakir Həsənov İrana səfər edib

10:50 25-01-2022 | icon 2170
Zakir Həsənov İrana səfər edib

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü, eləcə də tədbirlərdə iştirakı planlaşdırılır.