logo

Azərbaycanda oynamış futbolçu indi Ermənistanda  top qovur

22:34 24-01-2022 | icon 2632
Azərbaycanda oynamış futbolçu indi Ermənistanda  top qovur

"Səbail", "Sabah" və "Keşlə" klublarının sabiq futbolçusu Yevgeni Koçuk Ermənistanın "Pünik" komandasına keçib.

YeniAvropa xəbər verir ki, bu barədə İrəvan təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, moldovalı yarımmüdafiəçi ilə artıq müqavilə imzalanıb.

Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib.

29 yaşlı yarımmüdafiəçi son dəfə  Moldovanın "Zimbru" klubunda çıxış edib.