logo

Serbiya baş nazirinin müavini Bakıya gəlir

19:40 24-01-2022 | icon 2093
Serbiya baş nazirinin müavini Bakıya gəlir

Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mixayloviç fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Serbiyanın Energetika və Mədən Sənayesi Nazirliyindən bildiriblər.

"Serbiya nümayəndə heyətinin tərkibinə həm də dövlət katibi və nazirin köməkçisi daxil olacaq",-deyə məlumatda bildirilib.
 
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlanılıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.
 
Xatırladaq ki, 2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.