logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 214 min nəfəri ötür

18:29 24-01-2022 | icon 2450
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 214 min nəfəri ötür

Yanvarın 24-də Azərbaycanda 3 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, “buster” doza ilə peyvənd olunanların sayı isə 1 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 813 min 843, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 214 min 125, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 729 min 273 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 870 min 445 nəfər təşkil edir.