logo

Şuşa və Ağdama ilk sərnişin avtobusları yola düşdü

11:11 24-01-2022 | icon 2051
Şuşa və Ağdama ilk sərnişin avtobusları yola düşdü

Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb.

 YeniAvropa xəbər verir ki, avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola çıxıblar. 

Beləliklə, bu gündən etibarən işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus reyslərinə başlanılıb.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Qeyd edək ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manatdır.. 

Xatırladaq ki,  avtobus biletlər yalnız "yolumuzqarabaga.az" portalı üzərindən satılacaq və hər kəs ildə bir dəfə səfər edə biləcək.