logo

İran nümayəndə heyəti Azərbaycana səfərə gəlir

21:23 23-01-2022 | icon 2912
İran nümayəndə heyəti Azərbaycana səfərə gəlir

İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə yanvarın 24-də Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın bir çox sahələrdə birgə böyük layihələri var. İranlı nazirin səfəri zamanı tərəflər enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sektorlardakı layihələr müzakirə olunacaq.

Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.