logo

Eldar Həsənov 10 il həbs cəzası aldı

15:55 21-01-2022 | icon 2681
Eldar Həsənov 10 il həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

YeniAvropa xəbər verir ki,  məhkəmə hökmünə əsasən E.Həsənovun əmlakı da dövlətin xeyrinə müsadirə olunacaq.

E.Həsənovun işi üzrə məhkəmə prosesi  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə bir neçə aydır davam edirdi.

Prokuror E.Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama əsasən Eldar Həsənov 2010-2020-ci illərdə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” 18 milyon manat pul vəsaitini mənimsəyib. Bu pullar səfirliklər üçün yeni inzibati binaların alınması, təmir-tikinti işlərinin aparılması zamanı israf olunub və mənimsənilib. Habelə E.Həsənov vəzifə səhlənkarlığında, səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunurdu.