logo

Ticarət mərkəzinin eskalatorunda ilişən 6 yaşlı oölanın ayağı sınıb

10:11 21-01-2022 | icon 1323
Ticarət mərkəzinin eskalatorunda ilişən 6 yaşlı oölanın ayağı sınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonundakı ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumat əsasında hadisə yerinə operativ olaraq nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü,  Zakirov Rinad Fərhad oğlunun sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalıb və onun həyat və sağlamlığı təhlükə altına düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.

Azyaşlı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.