logo

Növbəti Ankara-İrəvan danışıqları üçüncü ölkədə aparılmayacaq

22:20 20-01-2022 | icon 1848
Növbəti Ankara-İrəvan danışıqları üçüncü ölkədə aparılmayacaq

“Rəsmi Ankara İrəvanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür”.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Ermənistanla danışıqların növbəti raundunun tarixini hər iki tərəfin xüsusi nümayəndələri müəyyən edəcək. Biz danışıqların Türkiyə və Ermənistanda baş tutmasını istəyirik. Onların üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”, - deyə mənbə bildirib.

Xatırladaq ki,yanvarın 14-də Moskvada Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş baş tutub. Tərəflər arasında  13 ildən sonra ilk dəfə reallaşan görüş 1 saat 30 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsi müzakirə olunub.