logo

Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlandı

21:51 20-01-2022 | icon 2394
Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlandı

Ötən il Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, ötən il informasiya və rabitə sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 2 milyard 384,2 milyon manat təşkil edib. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.