logo

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir

13:43 20-01-2022 | icon 1904
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir

Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi  Toivo Klaar Fransa diplomatları ilə birlikdə Azərbaycan və Ermənistana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Brüsseldəki görüşlərdən sonra fransalı diplomat İzabel Dümon və digər həmkarları ilə Aİ-Fransa birgə səfəri çərçivəsində yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əsaslı görüşlər keçirəcək”, - deyəT.Klaar  statusunda bildirib.

Xatırladaq ki, Aİ rəsmisi sonuncu dəfə ötən ilin sentyabrında Azərbaycanda səfərdə olub.  Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşüb, eləcə də Ağdama səfər edib.