logo

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

12:01 20-01-2022 | icon 2723
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YeniAvropa xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.