logo

İlham Əliyev və xanımı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib

11:21 20-01-2022 | icon 2779
İlham Əliyev və xanımı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.