logo

Volodimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb

20:10 19-01-2022 | icon 1995
Volodimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə V.Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb.

Ukrayna prezidenti görüşün nəticəsi olaraq bildirib ki, rəsmi Kiyev ABŞ-la iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.

“ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm. Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq”, - deyə Ukrayna prezidenti paylaşımında qeyd edib.