logo

Angela Merkelə BMT-də müçavir olaraq çalışacaq

14:13 19-01-2022 | icon 1995
Angela Merkelə BMT-də müçavir olaraq çalışacaq

BMT-nin baş katibi Antoniu Quterriş Almaniyanın sabiq kansleri Angela Merkelə qurumda yüksək səviyyəli müşavir postunu təklif edib.

YeniAvropa xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyi beynəlxalq təşkilatdakı mənbəyə istinadla məlumat yayıb.

Angela Merkel Antoniu Quterrişin təklifinə hələ cavab verməyib. Onun bu təklifi qəbul etməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsində çalışan Angela Merkel beşinci müddətə namizədliyini irəli sürməyib. 2021-ci ildə bu postda onu sosial-demokrat Olaf Şolts əvəz edib.