logo

Qazaxıstanda yeni müdafiə naziri təyin edildi

13:59 19-01-2022 | icon 2142
Qazaxıstanda yeni müdafiə naziri təyin edildi

General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın yeni müdafiə naziri təyin olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyasından “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib.