logo

KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması başa çatıb

13:12 19-01-2022 | icon 1953
KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması başa çatıb

KTMT qüvvələrinin və sülhməramlıların olduğu son 4 hərbi nəqliyyat təyyarəsi Qazaxıstandan Rusiyaya uçub.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya hərbi-nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlıların olduğu 4 təyyarə Qazaxıstan Respublikasının Nur-Sultan və Almatı hava limanlarından havaya qalxıb", - deyə nazirliyin məlumatında bildirilir.

Qeyd olunub ki, bu təyyarələrlə sülhməramlıların son bölmələri və general-polkovnik Andrey Serdyukovun rəhbərlik etdiyi sülhməramlı kontingentin komandanlığı Rusiyaya qayıdıb.