logo

Azərbaycan neftinin qiyməti yeni rekord vurdu- 90,56 $ !

10:30 19-01-2022 | icon 3458
Azərbaycan neftinin qiyməti yeni rekord vurdu- 90,56 $ !

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 90,56 dollar olub.

 

Qeyd edək ki, son üç ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il yanvarın 18-də qeydə alınıb. Azərbaycan neftinin bir barreli 2019-cu il aprelin 26-dan bəri ilk dəfə rekord qiymətə - 89,84 ABŞ dollarına satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.