logo

Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin qurbanları anılıb

10:10 19-01-2022 | icon 1505
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin qurbanları anılıb

Yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilir.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Əvvəlcə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimində çıxış edən XİN-nin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Xarici İşlər Nazirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatını səsləndirib.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi də təşkil olunub.