logo

Türkiyədə qar səbəbindən 52 vilayətdə məktəblər bağlanıb

09:32 19-01-2022 | icon 1876
Türkiyədə qar səbəbindən 52 vilayətdə məktəblər bağlanıb

Türkiyənin əksər bölgələrində havanın temperaturu kəskin aşağı düşüb, güclü qar yağır. Bu səbəbdən ölkənin 52 vilayətində məktəblər bağlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bir sıra bölgələrdə avtomagistrallarda hərəkət dayandırılıb.

Təkcə Tarsus-Adana-Qaziantəp magistralında iki min insan yollarda qalıb. Xilasedici dəstələr onların köməyinə çatıb.

Güclü qarın davam etməsi və yolların buz bağlaması ilə bərabər havanın çənli olması nəqliyyatın hərəkətində böyük çətinliklər yaradıb. Əhaliyə müraciət edilib ki, qarlı və çovğunlu bölgələrdə ciddi zərurət olmadıqla yola çıxmasınlar.