logo

Ötən il Azərbaycanda 101 mindən çox körpə doğulub

09:19 19-01-2022 | icon 2345
Ötən il Azərbaycanda 101 mindən çox körpə doğulub

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 101 min 775 körpə doğulub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 11,1 təşkil edib. Doğulan körpələrdən 2628 nəfəri əkiz, 75 nəfəri üçəm, 8 nəfəri isə dördəm olub.

Ötən ilin on bir ayında ölkə üzrə 69 min 761 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib.