logo

Azərbaycanda əhalinin sayı 10 milyon 153 min nəfərə çatır

19:08 18-01-2022 | icon 2408
Azərbaycanda əhalinin sayı 10 milyon 153 min nəfərə çatır

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 33 min 696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 152 min 829 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 117 nəfər olub.