Dövlət Neft Fondunun aktivləri 45 milyard dolları keçib
2022-ci ilin yanvarın 1-nəolan məlumata əsasən Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 025,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 3,35% çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədəARDNF-dən bildirilib.
Qeyd edilib ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.
Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard dollar təşkil edib. Bunun isə 8,9 milyard dolları son 10 ildə əldə olunub.
2021-ci ildə ARDNF-in büdcə gəlirləri 15 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib.
Belə ki, Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 milyon manat, bonus ödənişlərindən 776,9 milyon manat, akrhesabı ödənişlərdən 5,3 milyon manat, tranzitdən isə 21,4 milyon manat gəlir əldə edib. Qurumun vəsaitinin idarə olunması hesabına gəliri isə 3 287,4 milyon manat olub.
Ötən il ARDNF 2021-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 11 350 milyon manat vəsait transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldib. Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 22,5 milyon manat təşkil edib.
Bundan başqa, qurum valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı 2 119,3 milyon manat büdcədənkənar xərcə düşüb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir