logo

Ötən il Azərbaycana 4,3 milyard manat xarici investisiya cəlb edilib

17:33 18-01-2022 | icon 2723
Ötən il Azərbaycana 4,3 milyard manat xarici investisiya cəlb edilib

2021-ci ildə Azərbaycanda əsas kapitala 4 milyard 333 milyon manat həcmində xarici investisiya cəlb olunub.

YeniAvropa Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci il ilə müqayisədə 15,3 faiz azdır.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 970 milyon manatı (91,6 faiz) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, ümumilikdə ötən il Azərbaycanda əsas kapitala 16,127 milyard manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 8,2 faiz azdır.