logo

Ərdoğan :“Ukraynanın Rusiya tərəfindən işğalı reallıqdan uzaqdır"

17:07 18-01-2022 | icon 2135
Ərdoğan :“Ukraynanın Rusiya tərəfindən işğalı reallıqdan uzaqdır"

Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini reallıqdan uzaqdır.

YeniAvropa “Anadolu” agentliyinə istinadla xəbər verir ki,  bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

O, belə bir addım atmaq üçün Moskvanın "dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməsinin” vacibliyini vurğulayıb.

Türkiyə lideri bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

“Mən İlham Əliyevlə danışacam. Təbii ki, bu məsələləri Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək vacibdir. Çünki bu bölgələr bir daha yeni müharibənin yükünü daşıya bilməz. Bu yanlış olardı. Müharibə ssenarisinin siyasi gündəmdən tamamilə çıxarılmasının vaxtı çatıb”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti daha sonra deyib ki, müasir dünyada torpaqları işğal etmək istəyi arzulolunan nəticələrə gətirib çıxarmayacaq. “Putinlə hər söhbətimdə Türkiyənin Krımın işğalına qarşı olduğunu bəyan edirəm. Eyni mövqe Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də Rusiya tərəfinin diqqətinə çatdırılır. Yəni Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır”, - deyə Türkiyə prezidenti bildirib.